“Barselona” 16-cı dəfə İspaniya Superkubokunun qalibi oldu

“Barselona” 16-cı dəfə İspaniya Superkubokunun qalibi oldu

Futbol üzrə İspaniya Superkubokunda final oyunu keçirilib.

AzerTimes xəbər verir ki, həlledici qarşılaşmada “Barselona” və “Real Madrid” komandaları üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdulla Sports Siti” stadionunda oynanılan görüş Kataloniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qalib komandanın heyətində 90+1-ci dəqiqədə Frenki De Yonq qırmızı vərəqə qalıb.

Bununla da “Barselona” 16-cı dəfə futbol üzrə İspaniya Superkubokunun qalibi olub.

Teqlər: