Bardella baş nazir olsa, Makrona qarşı çıxacaq və…

Bardella baş nazir olsa, Makrona qarşı çıxacaq və…

Vəzifəyə başlasam, Rusiya ərazisinə hücumlar üçün Ukraynaya uzaqmənzilli silahlar göndərilməyəcək.

AzerTimes xəbər verir ki, bunu “Le Monde” qəzeti Fransanın baş nazirliyinə namizəd Milli Mitinq Partiyasının lideri Cordan Bardellanın sözlərinə istinadən bildirib.

Qəzet qeyd edir ki, o, Kiyevin Fransanın baş naziri postunu tutacağı təqdirdə hansı yardımı gözlədiyini deməyib, ancaq dövləti üçün dərhal açıq şəkildə “qırmızı xətlər” müəyyən edib. Beləliklə, onun Ukraynanı “hər hansı eskalasiya riskinin qarşısını almaq üçün” Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə edilə bilən uzaqmənzilli raketlər və silahlarla təchiz etməsi qəbuledilməzdir.

Bundan əlavə, o, ölkə prezidenti Emmanuel Makronun mütəmadi olaraq xatırlatdığı Fransa hərbçilərinin Ukrayna cəbhəsinə göndərilməsinin əleyhinədir.

Teqlər: