“Barbarossa-2” planı: hücum dünən başlayıb – Volodin

“Barbarossa-2” planı: hücum dünən başlayıb – Volodin

Artıq ikinci gündür ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı davam edir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Bu barədə Zelenski, Stoltenberq, Baydenin susqunluğu təsadüfi deyil. Ukrayna Silahlı Qüvvələrinin “Barbarossa-2” planı iflasa uğradı. Əks-hücum əməliyyatı başlayandan sonra 2 minə yaxın ukraynalı hərbçi məhv edildi”, – o bildirib.

Qeyd edək ki, “Barbarossa” Hitler Almaniyasının SSRİ-yə ildırımsürətli hücum planı idi. Bu plana əsasən, 8 həftə ərzində Moskva tutulmalı idi.

Teqlər: