Barbadosda koronavirusun yeni “omikron” ştammına ilk yoluxma halı qeydə alınıb.
AzerTimes-ın “Barbados Today” portalına istinadən verdiyi məlumata görə, bunu respublikanın baş həkimi Kenet Corc deyib.
“Biz Karib Sağlamlıq Agentliyinin laboratoriyasından “omikron” ştammının mövcudluğunun təsdiqini almışıq. Bu, indiyədək təsdiqlənmiş yeganə haldır”, – deyə K.Corc bildirib.
Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına “omikron” adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucudur.