Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması
Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il
27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd
təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması
Qaydası”nda aşağıdakı dəyişikliklər edilir:
3.8.2-ci yarımbəndə “sənədi” sözündən sonra “(2025-ci il
yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və
ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən
çıxarışı)” sözləri əlavə edilsin.
4.3-cü bənddə “5 (beş)” sözləri “6 (altı)” sözləri ilə əvəz
edilsin.
Beləliklə, barama subsidiyası barama istehsalçısı olan
fermerlərə istehsal edilib tədarükçüyə təhvil verilən yaş baramanın
(əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə
6 (altı) manat məbləğində veriləcək.
Buna qədər həmin subsidiya 5 manat məbləğində verilirdi.