“Vətən uğrunda Tavuş” revanşist hərəkatının lideri, keşiş Baqrat Qalstanyan bazar ertəsi səhər saatlarında tərəfdarlarını Müqəddəs Xaç kilsəsinin həyətinə toplaşmağa və İstintaq Komitəsinə doğru hərəkət etməyə çağırıb.
AzerTimes xəbər verir ki, o, bu barədə mitinqdə çıxışında deyib.
“Sabah səhər saat 10:00-da biz Müqəddəs Xaç kilsəsində toplanacağıq və İstintaq Komitəsinə hərəkət edəcəyik. Ya bütün suallarımıza yerindəcə cavab veriləcək, ya da biz hərəkətlərimizdə sərbəst olacağıq”, – deyə o bildirib.