Baqrat itaətsizliyə çağırdı – İrəvan qarışır

Baqrat itaətsizliyə çağırdı – İrəvan qarışır

Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyalarına rəhbərlik edən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan Bakı vaxtı ilə saat 18:30-da Respublika meydanında hökumət binası yaxınlığında mitinq çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Saat 18.30-da biz buraya toplaşırıq”, – o bildirib.

Arxiyepiskop etirazçıları gün ərzində itaətsizlik etməyə çağırıb:

“İtaətsizliyinizə davam edin, geri çəkilməyə yolumuz yoxdur”.

Qeyd edək ki, hazırda arxiyepiskopun rəhbərlik etdiyi yürüş iştirakçıları İrəvan universitetlərinə doğru gedir.

Teqlər: