Tanınmış erməni bloger Roman Baqdasaryan Qarabağdan könüllü şəkildə köçən erməniləri kəskin tənqid edib.
AzerTimes xəbər verir ki, o öz kanalında canlı yayımda onları nankor və xain adlandırıb:
“Əgər güc strukturlarında bircə nəfər belə mənim öz xəttim ilə etdiyim canlı yayımlarda Qarabağdan gələn ermənilərin işə götürülməməsi haqqında xəbərdarlığımı eşidibsə, bu möhtəşəmdir. Heç bir halda “arsax mtx”nin əməkdaşlarını Ermənistan MTX-yə, “Qarabağ polisi”ni Ermənistan polisinə, müstəntiqləri Ermənistan İstintaq Komitəsinə işə götürmək olmaz. Çünki onlar hamısı bir nəfər kimi xaindir. Bunu anlamaq çox vacibdir. Hazırkı proses isə onların yalnız nankor olduğu deyil, həm də xainliyini, hər an arxadan vura biləcəyini göstərdi”, – o bildirib.
Baqdasaryan Qarabağdan köçən erməniləri Allahı tanımamaqda günahlandırıb:
“Hörmətli qarabağlılar, bəs sizin kilsə və Allaha qarşı hansı münasibətiniz var? Mən sadəcə qarabağlıların kilsə və Allaha hansı münasibətinin olduğunu anlamaq istəyirəm. Əgər siz həqiqətən Allahı sevirsinizsə, kilsəni və Allahı tanıyırsınızsa, onda niyə Ağdamda daşı daş üstündə qoymayıbsınız? Ona görə də məni izləyən qarabağlılardan xahiş edirəm ki, Allahın adını ağzınıza almayın, kilsənin nə olduğunu bildiyinizi deməyin. Sizin inancınız arxasınca getdiyiniz yalançı müqəddəs Baqrat, saxtakar müqəddəs Qaregindir. Sizin inancınız arxasınca getdiyiniz keşişlər kimi saxtadır. Çünki həqiqi keşişlər siyasətdə olmur. Əgər siz həqiqətən Allaha inansaydınız, keşişin arxasınca getməzdiniz. Ona görə də kilsənin nə olduğunu bilmədən, adını çəkmə. Sən yad adamın evini dağıdan və başqasının kərpici ilə özünə ev tikən şəxssən. Bəs sən bilmirsən ki, yad adamın evini dağıdan və başqasının kərpici ilə özünə ev tikən Allahı çox qəzəbləndirir? Necə olub ki, bu sizin ağlınıza heç vaxt gəlməyib? Paşinyan, yoxsa Anna Akopyan bunu sizdən xahiş edib? Gəlin başa düşək, bunu sizdən kim istəyib? Əgər Paşinyan istəyibsə, onda onu tənqid etməliyik. Yoxsa siz özünüz bunu edibsiniz? Ona görə də heç vaxt kilsənin sizin tərəfinizdə və hazırkı hakimiyyətə qarşı olduğu haqqında danışmayın. Öz əməllərinizi xatırlayın. Siz hardasınız, kilsə hardadır? Siz hardasınız, Allah hardadır?”
Daha ətraflı videoda: