Banqladeşdən dərman gətiririk, ancaq Türkiyədən…

Banqladeşdən dərman gətiririk, ancaq Türkiyədən…

Banqladeşin, Hindistanın dərmanlarını gətiririk, amma Türkiyə ilə bu sahədə əməkdaşlığı qura bilməmişik.

AzerTimes xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

O qeyd edib ki, büdcədə bu problemlərin həlli üçün maliyyə var:

“Olimpiya komplekslərinin və digər bu kimi yerlərin saxlanması üçün ayrılan vəsait insanların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməlidir. Bu kimi yerlər təcili özəlləşdirilməlidir. Digər tərəfdən, dərmanların qiymətləri çox bahadır. Bizim bazardan Avropa dərmanları çıxıb. Banqladeşin, Hindistanın dərmanlarını gətiririk. Türkiyə ilə bu sahədə əməkdaşlığı qura bilmədik. İnsanlar 100 manatlıq dərmanı 300 manata almağa məcbur olurlar”.

Teqlər: