Banqladeşin Baş naziri postunu tərk edən Şeyx Hasina hələ də Hindistandadır. Bunu Hindistan Xarici İşlər Nazirliyi də təsdiqləyib.
AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, hazırda ölkədə faktiki olaraq hakimiyyət boşluğu yaranıb, müvəqqəti hökumət hələ formalaşmayıb. Etirazçılar yeni hökumətin əsas məsləhətçisinin iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Məhəmməd Yunusun (84 yaşı var) olmasını təklif edirlər.
Nümayişçilər ilk dövlət başçısı Mucibur Rəhmanın və istefa verən baş nazirin atasının abidəsini dağıdıblar.