Banqladeşdə döyüş təlimi təyyarəsinin qəzaya uğraması nəticəsində bir pilot həlak olub.
AzerTimes xəbər verir ki, bu barədə Banqladeş silahlı qüvvələrinin informasiya xidməti məlumat yayıb.
“Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus Yak-130 təlim təyyarəsi Çittaqonq şəhərinin Patenqa ərazisində mexaniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Təyyarənin iki pilotu katapult edərək xilas olublar “, – məlumatda deyilir.
Üçüncü pilot xəstəxanada dünyasını dəyişib.
Təyyarənin səhər saatlarında Karnaxuli çayına düşdüyü bildirilir. Dalğıclar və yanğınsöndürənlər təyyarəni qaldırmaq üçün çalışırlar.