Banqladeşdə koronavirus xəstəxanasında yanğın olub – Ölənlər var

Xəbər - Orxan Nəbiyev – Trend:

Banqladeşin paytaxtı Dəkkədə koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın baş verib.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində azı 3 nəfər həlak olub.

Qeyd olunur ki, yanğın xəstəxananın reanimasiya şöbəsindıə yüksək təzyiqli oksigen balonunun partlaması nəticəsində baş verib.


Reanimasiyada ümumilikdə 14 xəstə olub. Xəstələr digər şöbədən təxliyə olunarkən 3 nəfər həyatını itirib.