Banqladeşdə etirazlar: ordu şəhərlərə nəzarəti ələ keçirdi

Banqladeşdə etirazlar: ordu şəhərlərə nəzarəti ələ keçirdi

Banqladeş hakimiyyəti komendant saatı başlayandan sonra Dəkkə və ölkənin digər şəhərlərinə hərbi hissələrin daxil edildiyini açıqlayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Hindistan Tayms” qəzeti məlumat yayıb.

Bildirilib ki, tələbə etirazçılarla polis arasında toqquşmalar zamanı azı 105 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.

Banqladeşin baş naziri Şeyx Hasinanın sözçüsü Naimul İslam Xanın sözlərinə görə, hökumət komendant saatı tətbiq etmək və mülki hakimiyyətə yardım üçün silahlı qüvvələri göndərmək qərarına gəlib.

Qeyd edək ki, əhali 1971-ci ildə Banqladeşdə azadlıq müharibəsində döyüşmüş veteranların ailə üzvləri üçün işə qəbul prosesində dövlət qurumlarında 30%-lik kvotanın saxlanılmasını tələb edir.

Teqlər: