Banqladeşdə davam edən etirazlarda ölənlərin sayı 75-ə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Qeyri-rəsmi mənbələr 100 nəfərin öldüyünü bildirir. Yaralıların sayı artıq bir neçə minə çatıb.
Qeyd edək ki, əhali 1971-ci ildə Banqladeşdə azadlıq müharibəsində döyüşmüş veteranların ailə üzvləri üçün işə qəbul prosesində dövlət qurumlarında 30%-lik kvotanın saxlanılmasını tələb edir.