Banqladeşdə bu gün keçirilən etirazlarda azı 110 nəfər ölüb.
AzerTimes xəbər verir ki, bu barədə “Business Standard” qəzeti məlumat yayıb.
Məlumata görə, ən çox qurban Dəkkədə qeydə alınıb – 71 nəfər.
İğtişaşçılar Şerpur rayon həbsxanasına soxularaq məhbusları azad ediblər.
Bildirilib ki, yürüş zamanı etirazçılardan ibarət izdiham həbsxananın qapılarını sındıraraq yanğın törədib və 500-ə yaxın məhbus həbsxanadan qaça bilib. İğtişaşçılar, həmçinin polis məntəqəsini yandırıb, bir sıra ticarət və hökumət binasına ziyan vurublar.