BANM-in 6 məzunu Almaniya hökumətinin təqaüdünü qazanıb

Bakı Ali Neft Məktəbinin (BANM) 6 məzunu Almaniyanın DAAD təqaüd proqramının qalibi olub. Yüksək rəqabət mühiti olan DAAD təqaüd proqramına 400-ə yaxın azərbaycanlı müraciət edib.

BANM-dan AzerTimes-a verilən məlumata görə, onların arasından təqaüdə layiq görülmüş 26 nəfərdən 6-sı məhz BANM məzunudur. Bu Ali Məktəb üçün çox qürurverici bir haldır.

BANM məzunları mühəndislik üzrə müxtəlif ixtisasların magistratura proqramlarına qəbul olublar.

Tam siyahı aşağıdakı kimidir:

Ad, soyad

Sunay Həsənov

Qəbul olduğu ali məktəb

Dortmund Texniki Universiteti – Magistratura

Aişə Məhərrəmova

Hamburq Texnologiya Universiteti – Magistratura


Aygül Hüseynova

Hamburq Texnologiya Universiteti – Magistratura

Türkan Əliyeva

Münster Universiteti – Magistratura

Kamal Bağırlı

Kayzerslautern Universiteti – Magistratura

Fərid Həmidov

Aaxen Universiteti – Magistratura

Teqlər: