Xəbər - Sədrəddin Ağcayev – Trend:
2022-ci ilin aprelinədək Azərbaycan banklarına informasiya təhlükəsizliklərini ISO 27000 standartına uyğunlaşdırmaq tapşırılıb.
Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının IT departamentinin rəhbəri Anar Quliyev Bakıda keçirilən 5-ci Beynəlxalq bank forumunda deyib.
“Bu uyğunluq qaydaları 2021-ci ildə ölkədəki bütün banklarla birgə hazırlanıb və 2021-ci ilin iyununda təsdiqlənib. Bu standartların tətbiqinin çətinliyini nəzərə alaraq biz banklara vaxt vermişik. Bu müddət 2022-ci il aprelində başa çatacaq”, – deyə o, bildirib.
(Tərcümə: Orxan Nəbiyev)