Banklar tərəfindən 1300-dək özünüməşğulluq proqramı iştirakçısına aktivlər verilib

Prezident İlham Əliyevin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında
əməkdaşlıq çərçivəsində icra olunan “Özünüməşğulluğa Dəstək
Layihəsi” davam edir.

Ötən il layihənin yeni mərhələsi kimi daha 500 özünüməşğulluq
proqramı iştirakçısına banklar tərəfindən aktivlər verilməsinə
başlanıb. Onlardan artıq 300-nə seçdikləri sahələr üzrə mal və
materiallar təqdim edilib.

Uğurlu sosial tərəfdaşlıq və korporativ sosial məsuliyyət
nümunələrindən olan, 21 bankın qoşulduğu Layihə özünüməşğulluq
proqramının genişləndirilməsinə mühüm dəstəkdir.
Ümumilikdə ötən dövrdə banklar tərəfindən “Özünüməşğulluğa Dəstək
Layihəsi” üzrə 1300-dək özünüməşğulluq proqramı iştirakçısına
aktivlər verilməklə kiçik biznesləri yaradılıb.

Aktivlərlə təmin edilən həmin şəxslərin böyük hissəsi şəhid
ailəsi üzvləri və Vətən müharibəsi iştirakçılarıdır.

Teqlər: