Banklar köhnə dollarları niyə qəbul etmir? – AMB sədri

Banklar köhnə dollarları niyə qəbul etmir? – AMB sədri

Azərbaycanda bəzi bankların köhnə dollarları götürməməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, köhnə və təzə dollar istehsal ilinə görə təsnifləşdirilir:

“2006-cı ilə qədər və ondan sonra istehsal olunan bütün dollarlar dövriyyə olunur və qəbulunda problem yoxdur. Bu məsələni kimsə qaldırıb və əhali köhnə dolları götürməməyə başlayıb. Nəticədə banklarda köhnə dollar yığılır və bank onu xaricə göndərib komissiya ödəyərək təzə dollar gətirir. Burada hər hansı ciddi problem yoxdur”.

Teqlər: