Bank VTB (Azərbaycan) ASC dəftərxana mallarının alınması ilə
əlaqədar açıq tender elan edir.
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara
üstünlük veriləcəkdir: ən səmərəli tender təklifinə və texniki
şərtlərin keyfiyyətinə.
Tender təklifləri 04 mart 2022-cı il saat 16:00-dan gec
olmayaraq qeyri-şəffaf zərfdə bağlanmış və möhürlənmiş şəkildə,
təqdim edilən sənədlərin möhürlənmiş və imzalanmış siyahısını əlavə
olaraq, Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., 38 ünvanında
yerləşən Bankın baş ofisinə təqdim edilməlidir. Elan edilmiş
tenderin texniki şərtlərinə cavab verməyən təkliflər tender
komissiyası tərəfindən baxılmayacaq.
Bank VTB (Azərbaycan) ASC-nin Müsabiqə Tender Komitəsi.
Əlaqələndirici şəxs:
Nailə Əliyeva
Telefon: 492-0080 (daxili nömrə 5514)
Faks: 012 437-7121