Bank sektorunun mənfəəti açıqlandı

Bank sektorunun mənfəəti açıqlandı

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda bank sektorunun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 29,48 faiz və ya 134,2 milyon manat arataq 589,4 milyon manat təşkil edib.

AzerTimes xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Hesabatda qeyd olunur ki, bankların xalis faiz gəliri bir il ərzində 28,96 faiz və ya 285,4 milyon manat arataq 1,27 milyard manata çatıb.

Yanvar-avqust aylarında bankların qeyr-faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz və ya 186,1 milyon manat arataq 762,3 milyon manat təşkil edib.

Bankların əməliyyat mənfəəti isə 31,81 faiz artaraq 849,9 milyon manata çatıb.

Teqlər: