Bank Respublika Xırdalanda yeni filialını açıb (FOTO)

Bu il 30 yaşını qeyd edən ölkənin aparıcı banklarından biri olan
Bank Respublika, Xırdalan şəhərində özünün 30-cu xidmət mərkəzinin
təntənəli açılışını edib.

Tədbirdə iştirak edən Bankın rəhbərliyi rəmzi qırmızı lenti
kəsərək müasir konseptdə olan yeni “Xırdalan” filialını
müştərilərin istifadəsinə verib. Geniş və müasir interyeri ilə
seçilən filialda müştərilərin rahatlığı üçün bütün məqamlar nəzərə
alınıb.

Bankın rəhbərliyi yeni filialın açılmasında əsas məqsədin artan
müştəri bazasının maliyyə ehtiyaclarını müasir tələblərə uyğun
yüksək səviyyədə qarşılamaq, eləcə də ölkənin real sektoruna
hərtərəfli dəstək olmaq olduğunu vurğulayıblar.

Yeni filial – Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 1
ünvanında fəaliyyət göstərəcək.

İldən-ilə xidmət şəbəkəsini genişləndirən “Bank Respublika”nın
hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 27 filialı və 3
şöbəsi var.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram,
linkedin
səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144
nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Teqlər: