Bank Respublika və SOS Uşaq Kəndləri əməkdaşlıq haqqında memorandum imzalayıb (FOTO)

Ölkəmizdə korporativ sosial məsuliyyət yönümlü bir çox
layihələrin təşəbbüskarı və dəstəkçisi olan Bank Respublika və “SOS
Uşaq Kəndləri Azərbaycan” Assosiasiyası arasında əməkdaşlığa dair
Anlaşma Memorandumu imzalanıb.

Sənədi “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel
İsmayılov və “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının Milli
Direktoru Zakir Soltanov imzalayıb.

Anlaşma çərçivəsində Bank Respublika, SOS Uşaq Kəndləri və
ABŞ-nin Çikaqo Universieti daha öncə internat müəssislərinə qoyulan
uşaqların yenidən internat müəssisələrinə qayıtmalarını qarşısını
almaq məqsədilə birgə layihə həyata keçirəcək. Layihə çərçivəsində,
müəyyən meyarlar əsasında aztəminatlı ailələrdən seçilmiş 7-12 yaş
arası 200 uşağın adına “Bank Respublika”da start kapitalı
yatırılaraq xüsusi “Sosial Yığım” əmanət hesabları açılacaq. Daha
sonra valideynlər tərəfindən həmin hesaba hər ay əlavə ediləcək
məbləğ, təşkilatçılar tərəfindən 2 dəfə artırılacaq. Bununla da
uşaqların hesablarında sosial kapitalın yığılması təmin
olunacaq.

Layihəyə əsasən, hesab açım mərhələsində valideynlərlə birlikdə,
adlarına hesab açılacaq uşaqlar da iştirak edəcək. Beləliklə,
uşaqlar adlarına açılmış hesabın, onların gələcəyinə hədəfləndiyini
biləcəklər. Bundan başqa, bankın əməkdaşları valideynlərlə görüşlər
keçirərək sosial yığım haqda maarfiləndirici təlimlər təşkil
edəcək. Qeyd edək ki, layihə 3 il ərzində Bakı, Sumqayıt və Gəncə
şəhərlərində həyata keçiriləcək.

“Ölkəmizin dayanıqlı iqtisadi inkişaf yolunda önəmli töhfə
olacaq bu əməkdaşlıq önümüzdəki illərdə bəhrələrini göstərəcək.
Aztəminatlı və dağılma riskində olan ailələrin Uşaq Əmanət
yığımlarına cəlb edilməsi ölkə tarixində bir ilkdir. Bu innovativ
maliyyə aləti vasitəsilə SOS Uşaq Kəndləri Azərbaycan və Bank
Respublika ASC BMT Dayanıqlı İnkişaf hədəflərindən 8.Layiqli iş və
iqtisadi artım, eləcə də 17.Hədəflər üçün əməkdaşlıq hədəflərinə
töhfə verəcək.” – deyə “SOS Uşaq Kəndləri Azərbaycan”
Assosiasiyasının Milli Direktoru Zakir Soltanov
vurğulayıb.

“Bank Respublika ölkəmizdə uşaq və gənclərin təhsili,
bacarıqlarının artırılması və sosial rifahın yaxşılaşdırılmasına
yönəlmiş bir çox layihəni uğurla həyata keçirib. Biz çox şadıq ki,
“SOS Uşaq Kəndləri-Azərbaycan” ilə olan birgə layihəmiz
çərçivəsində aztəminatlı ailələrdə yaşayan 200-ə yaxın uşağın
internat müəssisələrinə verilməsinin qarşısının alınmasında öz
töhfəmizi verə biləcəyik” – deyə “Bank Respublika”nın İdarə
Heyətinin sədri Tariyel İsmayılov bildirib.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram,
linkedin
səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144
nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Teqlər: