Bank Respublika “Nağd kredit al, kreditin 5%-ni geri al!” kampaniyasına start verib (FOTO)

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, Yeni il ərəfəsində də, müştərilərini sevindirəcək çox sərfəli kredit kampaniyasına start verib.

Artıq kredit götürərkən xərcləriniz barəsində deyil, nə qədər pul qazanacağınız haqda düşünəcəksiniz!

Çünki, Bank Respublikanın start verdiyi yeni kampaniya çərçivəsində müştərilər nağd istehlak kreditini 15%-dən başlayan faiz dərəcəsilə götürüb, kredit məbləğinin 5%-ni geri alacaqlar! Bunun üçün, bankın kartla təqdim etdiyi istehlak kreditini nağdsız şəkildə xərcləmək kifayət olacaq.

Qeyd edək ki, “Bank Respublika”ya müraciət edən istənilən peşə sahibləri max.müddәti 48 ay olan 50 000 manatadək nağd istehlak kreditlərini heç bir sığorta haqqı olmadan və zaminsiz əldə etmək imkanı qazanacaq.

Kampaniya 10 yanvar 2022-ci il tarixinədək davam edəcək.

Ən önəmli məqamlardan biri də odur ki, Bank Respublikadan daha öncə kredit götürən müştərilər banka gəlmədən onlayn müraciət edərək krediti birbaşa kartlarına almaq imkanı da qazanacaqlar. Krediti onlayn sifariş edən müştərilər həmçinin KOMİSSİYADA 50% ENDİRİM əldə edə biləcək.

Kampaniyadan yararlanmaq istəyən müştərilər, krediti onlayn olaraq Bank Respublika”nın rəsmi saytından, facebook səhifəsindən , eləcə də WhatsApp-da Çat-Bot xidmətindən istifadə edərək 051 4 144 144 nömrəsinə “Kredit” yazıb göndərərək sifariş edə bilərlər.

Teqlər: