Bank Respublika bütün nominasiyalar üzrə qalib seçilib

Ötən həftə Azərbaycan Banklar Assosiasiyası ənənəvi “Bankçılıq
Mükafatları – 2021” adlı tədbir keçirib və ölkə banklarını 2021-ci
ildəki fəaliyyətinə görə mükafatlara layiq görüb.

Bank Respublika tərəfindən həyata keçirilən layihələr bütün
nominasiyalar üzrə qalib seçilərək 5 mükafat qazanıb:

  • Korporativ sosial məsuliyyət layihələri həyata keçirən ən fəal
    bank;
  • Ən fəal maliyyə savadlılığı dəstəkçisi;
  • Ən fəal təhsil dəstəkçisi;
  • Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ən
    fəal bank;
  • Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə
    əlaqədar tədbirlər keçirmiş ən fəal bank.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram,
linkedin
səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144
nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Teqlər: