Azərbaycan Mərkəzi Bankı “Bank Melli İran”ın Bakı filialının bağlanması üçün risk görmür.
AzerTimes xəbər verir ki, bunu Mərkəzi Bankın idarə heyətinin sədri Taleh Kazımov deyib.
Onun sözlərinə görə, “Bank Melli İran”ın maliyyə göstəriciləri yetərincə yüksəkdir, likvidlik də yüksək səviyyədədir.
“Düşünürük ki, bütün banklar öz fəaliyyətlərini Azərbaycan qanunvericiliyinə, habelə Mərkəzi Bankın müəyyən etdiyi tələblərə uyğun olaraq həyata keçirməlidir”, – deyə o qeyd edib.
T.Kazımov bildirib ki, bu gün Azərbaycanın maliyyə sektorunda hər hansı bankın bağlanması üçün risk müşahidə olunmur və Mərkəzi Bank ilk növbədə maliyyə bazarının sabitliyinin təmin edilməsini hədəfləyir.
“İstənilən maliyyə əməliyyatı, banklar, sığorta, investisiya şirkətləri Mərkəzi Bankın tələblərinə cavab verirsə və stabil maliyyə fəaliyyəti göstərirsə, düşünürəm ki, bağlanma ehtimalı ilə əlaqədar problem və risklərlə üzləşməzlər”, – o deyib.