Bank kartlarını qorumaq üçün nələri bilmək lazımdır?

Xəbər - İlqar Şabanov – Trend:

Kart sistemləri üçün xeyli təhlükəsizlik tədbirləri görülsə də,
kart fırıldaqçılığının qurbanı olan kifayət qədər insan var. Ən
kiçik bir səhv və ya diqqətsizlik belə kartınızı təhlükə altına
sala bilər. Buna görə də bankınızın öz təhlükəsizlik sistemlərindən
əlavə, sizin də fərdi olaraq həm kartınızı, həm də pulunuzu qorumaq
üçün bəzi tədbirlər almalısınız.

Kartın şifrəsini, üzərindəki bitmə tarixini, kartın arxasındakı
“cvv” kodunu alış-veriş edərkən heç kimlə paylaşmayın. Kartın
üzərində olan 16 rəqəmli kod, eləcə də ad və soyadı paylaşaq olar.
Bankomatdan kartı aktiv edən zaman şifrə kimi doğum tarixinizi və
ya sıralı nömrələri (1,2,3,4) daxil etməyin, nisbətən təxmin edilə
bilən şifrələr təyin edin. Bankomatda şifrənizi daxil edərkən heç
kimin görmədiyindən əmin olmalısınız. Kartınızı itirsəniz və ya
oğurlandıqda bankla əlaqə saxlanılmalı, bu barədə məlumat
verilməlidir.

Onlayn alış-veriş edərkən diqqətli olun!

Daxil olduğunuz alış-veriş saytının “https” əlaqəli və “ssl”
təhlükəsizlik sertifikatı olduğuna diqqət edin.

Yəni fotoda göstərilmiş işarələr saytın domen adının qarşısında
yoxdursa, bu sayt saxta və ya etibarsız ola bilər. Beləliklə,
ödədiyiniz vəsait çox asanlıqla oğurlana bilər. Bəzən məşhur
alış-veriş saytlarının belə saxta kopyaları yaradılır. Bu işarə isə
saxta kopya və orijinal saytı bir-birindən ayırır;

“3D Secure” kod və onun üstünlükləri
nələrdir?

– Real vaxt rejimində kart sahibinin şəxsiyyətinin yoxlanılması
– ödənişlər zamanı yalnız banka və müştəriyə məlum olan
təhlükəsizlik kodu ilə əməliyyatın təsdiqi;

– Dələduzlar tərəfindən kartın internetdə istifadəsinin
mümkünsüz olması;

– Dələduzluq əməliyyatlarından qaynaqlanan maliyyə itkilərinin
qarşısının alınması;
Texnologiyanı dəstəkləməyən saytlarda baş verə biləcək dələduzluq
əməliyyatlarına etiraz hüququ (itki məsuliyyətinin sayt sahibinə
ötürülməsi);

“3D Secure” ilə bağlı kartı aldığınız banka müraciət etməyiniz
vacibdir, bəzi banklar isə bu xidməti avtomatik şəkildə
göstərirlər.

Teqlər: