Bank industriyasında 2022-ci ilin trendləri Bakıda müzakirə olunacaq

Dekabrın 8-9-da Bakıda V Beynəlxalq Bankçılıq Forumu keçiriləcək. Spikerlərin siyahısı 2022-ci ildə bank texnologiyasının necə inkişaf edəcəyi ilə bağlı maraqlı müzakirələrin olacağnı vəd edir. Özəlliklə, yaxın gələcəkdə nağd pul dövriyyəsinin transformasiyasını görəcəyik. Həm bank, həm də müştərilər tərəfindən.

Forum çərçivəsində, bəzi texnologiyalara, necə deyərlər, əllə toxunmaq və onların necə işlədiyini görmək mümkün olacaq. Ən maraqlı stendlərdən biri Azərbaycanda bankomatların satışı və xidməti, eləcə də proqram təminatı sahəsində əsas oyunçu olan BS/2-nin stendi olacağı şübhəsizdir. Şirkət nümayəndələri,

  • Müasir bankda nağd pul dövriyyəsinin optimallaşdırılması
  • Ekvayrinq şəbəkəsinin autsorsinqi

haqqında hesabat xarakterli məruzə ilə çıxış edəcəklər.

Şirkətin stendində isə aşağıdakıları görə bilərsiniz:

  • CPS (Cash Processing Solutions) şirkətinin yüksək texnologiyalı sayma və çeşidləmə cihazı X-Range. Britaniya şirkətinin bu cihazları ilk dəfə Azərbaycanda təqdim olunacaq
  • Ən son nəsil DN Series bankomatları – müasir çoxfunksiyalı terminallar
  • Cash Management.iQ nağd pul ​​vəsaitlərinin idarə edilməsinin optimallaşdırılması çözümü nağd pul dövriyyəsi prosesində vaxta və pula qənaət etmək üçün həll yoludur.
  • Banklara öz ATM funksiyalarını genişləndirməyə imkan verən (istifadə ssenarisinin yaradılması üçün) unikal fərdi skript həlli ProFlex 4.

Forumda Azərbaycanın bank sənayesi bazarının iştirakçıları pulsuz iştirak edə bilərlər. Bunun üçün tədbirin saytındakı linkdən istifadə edərək qeydiyyatdan keçmək lazımdır.

Teqlər: