Baltikyanı ölkələrin parlamentlərinin spikerləri Ukraynanın Aİ-yə qəbul olunmasının lehinə çıxış ediblər

Baltikyanı ölkələrin parlamentlərinin spikerləri Ukraynanın
Avropa İttifaqına qəbul olunmasını dəstəkləyən bəyanatla çıxış
ediblər.

AzerTimes-ın məlumatına görə, bəyanatı Latviya, Litva və Estoniya
parlamentlərinin spikerləri imzalayıblar.

“Biz Ukraynanın Avropa İttifaqına tamhüquqlu üzv kimi qəbul
olunması üçün rəsmi müraciətini alqışlayırıq. Ukraynanın Avropa
İttifaqına üzvlük müraciətinə operativ cavab həm də Avropa
İttifaqının öz həyat qabiliyyətini, təhlükəsizliyini və sabitliyini
dəstəkləmək demək olacaq”, – deyə bəyanatda deyilir.

Onlar öz ölkələrinin liderlərini və Aİ-nin digər dövlətlərini
Ukraynanın Aİ-yə üzvlüyü üçün əməli addımlar atmağa çağırıblar.