Rusiya hücum etsə, Baltikyanı ölkələr qalib gələ biləcək, lakin onların şəhərləri Baxmut və Avdeyevkanın rus qoşunları tərəfindən dağıdıldığı kimi görünəcək.
AzerTimes xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Litva mətbuatına açıqlamasında deyib.
“Fikrimcə, NATO qalib gələcək. Amma Baxmuta, Avdeyevkaya baxın. Gərgin döyüşlərdən sonra Baltikyanı ölkələr belə olacaq. Şəhərləriniz belə görünəcək. Gözəl Vilnüs olmayacaq”, – Kuleba bildirib.
Onun sözlərinə görə, Rusiya ilə münaqişədən qaçmağın ən ucuz və təhlükəsiz yolu bu təcavüzə qarşı mübarizə aparan ukraynalılara dəstək verməkdir.