Mayın 15-i Heydər Əliyev Fondunun təşəbbüsü və alkoqolsuz
“Baltika 0” pivəsinin sponsorluq dəstəyi ilə “Bakı Marafonu-2022”
baş tutdu.
“Küləyə qalib gəl!” şüarı altında təşkil olunan beşinci yubiley
marafonunun əsas məqsədi – idmanın inkişafına dəstək və sağlam
həyat tərzinin təbliğidir.
21 kilometrlik məsafəni əhatə edən marafonun başlanğıc və bitmə
nöqtələri Dövlət Bayraq Meydanı oldu. Azərbaycanda ən irimiqyaslı
qaçış marafonu 15000-ə yaxın yüngül atletika həvəskarlarını cəlb
etdi.
Çoxsaylı beynəlxalq tədqiqatlar göstərir ki, alkoqolsuz pivə
təbii izotonikdir, fiziki məşqlərdən sonra su balansını bərpa edir
və orqanizmi “A”, “B” və “E” vitaminləri ilə zənginləşdirir.
Məhz buna görə, sərinlənmə və gücünü bərpa etmək üçün bütün
marafon iştirakçılarına finiş nöqtəsində moruq, qreypfrut, laym
dadlı alkoqolsuz “Baltika 0” təklif olundu.
“Alkoqolsuz pivə bütün dünyada aktiv həyat tərzi sevənlər
arasında populyarlıq qazanıb və biz Azərbaycanda sağlam həyat tərzi
sevənləri dəstəkləməkdən, idmanın inkişafına öz töhfəmizi verməkdən
və iştirakçılara Carlsberg Azerbaijan portfelindən olan “Baltika 0”
məhsulunun təbii dadından zövq almaq imkanı verməkdən məmnuniyyət
duyuruq”, – deyə Carlsberg Azerbaijan-ın baş direktoru
Alius Antulis qeyd edib.
Məhsul haqqında məlumat:
“Baltika 0 Qreypfrut”, “Baltika 0 Moruq” və “Baltika 0 Laym”
isti yay günündə sərinlənmək üçün mükəmməl zəngin meyvəli dad ilə
süzülməmiş alkoqolsuz pivənin yumşaqlığının unikal
birləşməsidir.
Əlaqə məlumatı:
Lalə Əfəndi, Korporativ ünsiyyətlər üzrə rəhbər
Email: [email protected],
telefon nömrəsi: +994 50 2867664