Baltik ölkələri ilə fərqimiz: Rifah Qərbdədir, çarə yoxdur

Baltik ölkələri ilə fərqimiz: Rifah Qərbdədir, çarə yoxdur

2024-cü ildə Estoniyanın büdcəsi 17,2 mlrd. avro, yəni, təqribən 18,5 mlrd. dollardır – əhalisi 1,35 mln. nəfərdir, bir nəfərə 14250 dollar düşür. Litvanın 2024-cü il büdcəsi 20,5 mlrd. avro, – təqribən 22 mlrd. dollardır – əhalisi 2,8 mln. nəfərdir, bir nəfərə 7320 dollar düşür. Latviyanın gələn il üçün büdcəsi 16,2 mlrd. Avro – 18 mlrd. dollara yaxındır – əhalisi 1,8 mln. nəfərdir, adambaşına təqribən 10.000 dollar düşür.

AzerTimes xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, bütün bunlar Baltik ölkələrinin Rusiyadan uzaqlaşması və Avropaya inteqrasiyası sayəsində baş verib:

“Azərbaycanın 2024-cü il büdcə gəlirləri 34 mlrd. manat, yəni 20 mlrd. dollar civarındadır, əhalimiz isə 10 mln.-dan bir az çoxdur, deməli, bir nəfərə 2000 dollar büdcə xərci düşür.

Qərbin bəzi dairələrinin ölkəmizə qərəzi var – bunu inkar etmək olmaz, amma bu münasibəti qurduğumuz ittifaqlar və diplomatiyamızın effektini artırmaqla neytrallaşdırmaq mümkündür. Realliq odur ki, rifaha, tərəqqiyə gedən yol Qərbdən keçir, bunu unutmayaq”.

Teqlər: