“Baltik borusu” yeni qaz kəməri fəaliyyətə başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Polşanın qaz kəmərləri şəbəkəsinin operatoru “Gaz-System” məlumat yayıb.
Bildirilir ki, kəmər vasitəsilə Norveç qazı Danimarka üzərindən Polşaya nəql ediləcək.
Qeyd edək ki, yeni boru kəmərinin buraxılış qabiliyyəti ildə 10 milyard kubmetrə qədər olacaq.