Balıqçılıq üçün vergi güzəşti istəyi (VİDEO)

Milli Məclisdə vergilərlə bağlı müzakirələrdə çıxış edən deputat Məşhur Məmmədov bir sıra sahələrdə güzəştlərin edilməsini təklif etdi. Xüsusilə də balıq yetişdirən sahibkarlara güzəştləri zəruri saydı. Deputat bildirdi ki, bu, ölkədə balıq istehlakını artıra, yeni iş yerlərinin yaradılmasına rəvac verə bilər. Bununla yanaşı, o, kiçiktutumlu ticarət obyektlərinə vergi güzəştləri edilməsini təklif etdi.

Azərbaycana gətirilən avadanlıqlar üçün gömrük rüsumu və ƏDV ödənilir. Hər avadanlıq dörd yeni iş yeri deməkdir. Deputatın sözlərinə görə, ona görə də Azərbaycanda istehsal sahələrinin, iş yerlərinin artırılması üçün güzəştlər tətbiq etməliyik: “Olmazmı ki, biz təşviq edək və avadanlıqların həm ölkəmizdə satışı olsun, həm də yeni iş yerləri yaradılsın? Bu halda büdcəyə daxilolma daha çox olur, nəinki ondan ƏDV və ya gömrük rüsumu alınanda. Avadanlığın bir tonunun qiyməti metaldan bir neçə dəfə bahadır”.


Ətraflı REAL TV-nin reportajında:

Teqlər: