Balıq unu idxal gömrük rüsumundan azad edilib

Balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su
onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar 5 faiz
idxal gömrük rüsumundan azad olunub.

AzerTimes-ın
məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan
Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası,
idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının
dərəcələri”nə dəyişiklik edib.
İndiyə qədər salatlıq və ya yarpaqlı çuğundurun toxumları (Beta
vulgaris var. conditiva) idxal gömrük rüsumundan azad olub. Qərara
əsasən, digər salatlıq və ya yarpaqlı çuğundurun toxumları da 5
faiz idxal gömrük rüsumundan azad edilib.

Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.

Teqlər: