Balıq tutmaq istədi, faciəvi şəkildə öldü

Balıq tutmaq istədi, faciəvi şəkildə öldü

Astarada 47 yaşlı kişini yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.

AzerTimes xəbər verir ki, hadisə rayonun Kijəbə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1977-ci il təvəllüdlü Akif Maarif oğlu Ramazanovun su hövzəsində balıq ovlamaq üçün atdığı qırmaq yüksək gərginlikli elektrik xətlərinə toxunub və o, cərəyan vurması səbəbindən ölüb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: