Müxtəlif sağlam qidalanma tövsiyələri ilə tanınan professor Canan Karatay balığın bayat olub-olmadığını müəyyən edə biləcəyimiz üsulu paylaşıb.
AzerTimes Medicina.az-a istinadən onun yanaşmasını təqdim edir:
Balıqları su ilə doldurulmuş bir qaba yerləşdirmək onun köhnə olub-olmadığını müəyyən etməyin ən asan yollarından biridir. Əgər su ilə dolu qaba qoyduğunuz balıq suyun üzərində qalırsa, bu, balığın bayat olduğunun göstəricisi hesab olunur.
Bundan başqa:
Gözlərdən başlayın. Çünki ilk ipucunu gözlər verir. Gözlər canlı və şəffaf olmalıdır. Öz canlılığını itirməməlidir. Təzə balığın əti bərkdir. Qarın boşluğunda şişlik yoxdur. Dərisi və pulcuqları parlaqdır. Asanlıqla qopmur. Təzə balıqların pulcuqları qırmızı və nəmdir. Təzə balığın dəniz qoxusu var. Ağzı ümumiyyətlə bağlı olmalıdır.
Köhnəlmiş balığın əlamətləri:
Bayat balıqların gözləri küt görünüşə malikdir və içəriyə batmışdır. Pis qoxu yayır. Barmaqla basdığımız zaman yumşalmağa başlayır və barmaq izi qalır. Köhnə balığın qarnında qaz yığılması və şişkinlik hiss edilir.