Xəbər - Çingiz Səfərli – Trend:
Test balları eyni olan abituriyentlərdə ikinci parametr kimi attestat qiymətlərinə baxılır.
Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O, bildirib ki, əgər qabiliyyət imtahanı verən iki abituriyentin həm test, həm də qabiliyyət balı eyni olubsa, burada da digər parametr kimi attestat qiymətlərinə baxılır.
DİM sədri, həmçinin qeyd edib ki, buraxılış imtahanlarının balları iki il qüvvədə olur və növbəti iki il ərzində abituriyent həmin balla imtahana qatıla bilər.
Müsabiqə şərtlərini ödəyə bilməyən abituriyentlərə gəlincə isə onlar ikinci mərhələdə ixtisas seçiminə buraxılmayacaqlar: “Həmin yerlərə qəbul olmaq istəyən kifayət sayda subbakalavr var və boş qalan yerlərə onlar buraxılacaqlar”.
Twitter:@cingizsafarli