Balayar Sadiq küçədə huşunu itirdi

Balayar Sadiq küçədə huşunu itirdi

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, publisist Balayar Sadiq xəstəxanaya yerləşdirilib.

AzerTimes xəbər verir ki, bu barədə “İqtisadiyyat.az”a açıqlamasında şair Qəşəm Nəcəfzadə məlumat verib.

O bildirib ki, bu gün “28 May” metrosunun yaxınlığında onunla təsadüfən rastlaşıb və hal-əhval tutublar.

B.Sadiq Q.Nəcəfzadə ilə sağollaşıb bir neçə metr irəlilədikdən sonra huşunu itirərək yerə yıxılıb. Ətrafdakı insanlar onun köməyinə gəlsələr də, şairin huşunun özünə gəlmədiyi məlum olub.

Nitqini itirdiyi bildirilən şair hadisə yerinə çağırılmış təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Qeyd edək ki, B.Sadiq 1965-ci ildə Lerik rayonunda anadan olub.

Teqlər: