Balaxanı qəsəbəsində mübahisənin sonu qətllə nəticələndi

Balaxanı qəsəbəsində mübahisənin sonu qətllə nəticələndi

Dünən (oktyabrın 23-də) səhər saat 09 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbə sakini 1988-ci il təvəllüdlü Məmmədov Natiq Fəxrəddin oğlu bıçaqlanaraq öldürülüb.

Sabunçu rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Balaxanı qəsəbə sakini 1995-ci il təvəllüdlü Mahmudov Ülvi Vüqar oğlunun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Natiq Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ülvi Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.