Balasanyanın həbsi ilə bağlı qalmaqal davam edir

Balasanyanın həbsi ilə bağlı qalmaqal davam edir

Qarabağdakı separatçı-terrorçu dəstənin “təhlükəsizlik şurasının” keçmiş katibi, əli mülki azərbaycanlıların qanına batan Vitali Balasanyanın həbsi ilə bağlı vəsatət “məhkəməyə” verilib.

AzerTimes xəbər verir ki, bunu onun vəkili Rafael Martirosyan deyib.

O bildirib ki, müraciətə saat 11:30-da separatçıların “ümumi yurisdiksiyasının birinci instansiya məhkəməsində” baxılacaq.

Qeyd edək ki, Balasanyan evində axtarış aparan “təhlükəsizlik əməkdaşlarına” qarşı zorakılıq tətbiq etməklə hədələməkdə ittiham olunur.

Teqlər: