Qarabağ separatçılarının “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyana qarşı cinayət işi başlanıb.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, cinayət işi Balasanyanın “vəzifə”si dövründə qeydə alınan sui-istifadə halları ilə bağlıdır:
“Yaxın vaxtlarda iş məhkəməyə veriləcək. İndi daha bir neçə qanun pozuntusu üzrə materiallar hazırlanır, onların əsasında yeni cinayət işləri başlana bilər”.