Balasanyan MTX-də buna görə dindirilib

Balasanyan MTX-də buna görə dindirilib

Qarabağda özünü buraxmış qondarma qurumun “təhlükəsizlik şurasının” keçmiş katibi Vitali Balasanyanın Ermənistan Milli Təhlükəsizlik Xidmətində hansı cinayət işi üzrə dindirildiyi məlum olub.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Bu, Qarabağ “prezident administrasiyasının təhlükəsizlik şöbəsinin rəis müavini”, ehtiyatda olan polkovnik Norayr Aslanyana qarşı işlə bağlıdır. Aslanyan qanunsuz silah və sursat alverində ittiham olunur. O, 5 aydır həbsdədir”, – məlumatda deyilir.

Teqlər: