Balasanyan azad edildi, xəstəxanadadır

Balasanyan azad edildi, xəstəxanadadır

13 iyulda Xankəndidə həbs edilən separatçı-terrorçu dəstənin sabiq “təhlükəsizlik şurası katibi”, əli mülki azərbaycanlıların qanına batmış Vitali Balasanyan “məhkəmə”nin qərarı ilə sərbəst buraxılıb.

AzerTimes xəbər verir ki, bu barədə onun vəkili Rafael Martirosyan məlumat yayıb.

O bildirib ki, “məhkəmə” onun həbsi üçün irəli sürülən ittihamı qəbul etməyib.

Balasanyan hazırda xəstəxanada müalicə olunur.

Qeyd edək ki, 13 iyulda evində 40 dəqiqə axtarış aparıldıqdan sonra həbs edilən Balasanyanın ürəyində problem yaranmış və o, xəstəxanaya yerləşdirilmişdi.

Teqlər: