Xəbər - Fərid Zöhrabov -Trend:
Balakən rayonunun mərkəzində peyda olan ayı yerli sakinlərin qorxuya düşməsinə səbəb olub.
Trend xəbər verir ki, yırtıcı günorta saatlarında rayonun mərkəzində görünüb.
Rayonsakinlərindən biri, 3-4 yaşlı qonur ayını müşahidə edib. Rayon istiqamətində qaçan ayının videogörüntülərini mobil telefonunun yaddaşına köçürüb.
Onun sözlərinə görə, ayı təqribən 150-200 metr qaçdıqdan sonra gözdən itib.