Balakənin kəndində görünən ayı balaları meşəyə qayıdıb (VİDEO)

Xəbər - Fərid Zöhrabov -Trend:

Balakənin Mahamalar kəndində görünən qonur ayı balaları meşəyə qayıdıb. Bu gün səhər saatlarında Balakənin Mahamalar kəndində görüntülənən ayı balalarının təxminən iki yaşı var.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova məlumat verib.

O qeyd edib ki, ayılar instinkt olaraq iki yaşdan sonra balalarını özündən ayırır: “Belə olduqda həmin ayılar sərbəst vərdişlərə yiyələnməyə çalışırlar. İndi meyvə mövsümü olduğundan çox güman ki ayılar yem axtarmaq üçün meyvə bağlarına üz tutublar. Orada itlərdən hürküb şəhər mərkəzinə gəliblər.

Belə halda insanların ayılara yaxınlaşmamağı məsləhətdir ki, heyvanlar ərazidən çıxsınlar. Belə ki, avtomobil heyvanları təqib edəndə onlarda aqressiya yaranır. Əgər onlara heç bir müdaxilə olunmasa, bala ayılar təhlükəli deyil”.

Teqlər: