Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barəsində araşdırma başlanıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin
rejimi ilə əlaqədar keçirilən nəzarət-yoxlama tədbirləri zamanı
aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan
rayon sakini Orxan Həsənova ev şəraitində müalicə təyin edilməsinə
və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq, o,
yaşadığı ünvanı tərk edib.

Həmin şəxs polis əməkdaşları tərəfindən idarə etdiyi avtomobillə
Katex kəndi ərazisində hərəkətdə olarkən saxlanılıb və tibbi
prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.


Orxan Həsənov barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq
bölməsində araşdırma aparılır

Teqlər: