Balakəndə şəhərin Vidadi küçəsi və rayonun Qazma kəndi ərazisində yerləşən fərdi yaşayış evlərində yas mərasiminin təşkil edilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvanlara gəlib və sanitar-karantin qaydalarının pozulduğunu aşkar ediblər. Mərasimlərin keçirilməsinin qarşısı alınıb, ölkə ərazisində elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunmasının vacibliyi diqqətə çatdırılıb.
Məclisləri təşkil edənlər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.