Balakəndə sürücü sükan arxasında öldü

Balakəndə sürücü sükan arxasında öldü

Balakən rayon sakini Vlazim Nəsibov axşam saatlarında avtomobili idarə edərkən elə sükan arxasında halı pisləşərək dünyasını dəyişib.

AzerTimes xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunda, Balakən rayonunun Katex kəndi ərazisində qeydə alınıb.

Kənd sakinlərinin sözlərinə görə, “jiqulu” markalı avtomobili idarə edən 60 yaşlı Vlazim Nəsibov magistralda avtomobil idarə edərkən səhhəti qəflətən pisləşib. O, çətinliklə avtomobili kənara çəkərək saxlayıb və elə sükan arxasından yerə yıxılıb.

Hadisəni kənardan müşahidə edən sakinlər yetişənə kimi Vlazim Nəsibov oradaca keçinib.

Hadisə yeri müvafiq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müayinə edilib, ilkin təhqiqat aparılıb. Daha sonra sürücünün meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə aparılıb.

İlkin məlumatlara əsasən rayon sakini ürəktutmadan vəfat edib.

Faktla bağlı araşdırma başlanılıb.

Teqlər: