Balakən rayonunda 31 yaşlı kişi döyülüb.
AzerTimes Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Tülü kəndində qeydə alınıb.
Kənddə yerləşən şadlıq sarayının həyətində bir neçə şəxs arasında yaranmış mübahisə nəticəsində 31 yaşlı R.Nuriyev üç şəxs tərəfindən döyülüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, xuliqanlıq əməlini törədən üç nəfər polis əməkdaşları tərəfindən saxlanılıb və xəsarətlə bağlı müvafiq ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir.